You are viewing [info]scherif_abde's journal

Roma,açıq şəhər.Roberto Rossellini


  

“Amma həkim yaxşı bilirdi ki, onun yazdığı tarixçə son qələbə tarixçəsi sayıla bilməz. Bu yazı insan qırğını və onun amansız vasitəsinə qarşı görülmüş və görülə bilməmiş tədbirlər haqda məlumat, eyni zamanda bəlanı tanımaq istəməyən, müqəddəsliyə çatmasalar da həkimlik etməyə çalışıb əzab çəkmiş adamların fədakarlığına şahidlik sayılacaq. Şəhərdən qalxan şən sədaları dinlədikcə həkim Ryö fikirləşirdi ki, bu şənlik yenə də yasa çevrilə bilər. O bilirdi ki, sevincdən qışqıran bu əhali çox şeydən xəbərsizdir. Onlar bilmirlər ki, taun mikrobu nə ölür, nə də yoxa çıxır.”  (Alber Kamyunun faşizm əleyhinə “Taun” əsərindən)

Sol ruhda- antifaşist  bu əsəri kino adamları ”mədəni barrikada”  hesab edir. Mussolini diktaturası dövründə təşəkkül tapan cərəyanın əsas prinsiplərinə-əsasən açıq havada aparılan çəkilişlər, təbii işıqlanma, aşağı sinfin yoxsul məşəqqətli həyat tərzi  - hələ proto-nuar  “Mübtəlalıq”(1943) filmində rejissor  Viskonti de Santis müəyyən qədər əməl etsə də,  Roberto Rosselininin ekran işi  neorealist italyan sinematoqrafiyasının başlanğıcı hesab olunur . Söhbət dünya kinosuna öz təsirini göstərmiş  axın-  italiyan neorealizminin ilk nümunəsi sayılan  “Roma, açıq şəhər” filmindən gedir.
Film üzərində işlər 1943-cu ildə başlayır. Bu dövrdə İtaliyada antifaşist hərəkatı xeyli güclənmişdi. Mussolini rejimi devrilmiş, diktator həbs olunmuşdu. Lakin Mussolini oğurlanaraq marionet hökümətə başçı təyin edilir, İtaliya ərazisi indi nasistlər işğalı altında idi. Roma açıq şəhər elan olunur , bu o demək idi ki, müdafiəsiz şəhərdə hərbi əməliyyatlar keçirilə bilməzdi. Bununla belə  nasist əsgərləri öz işini görür,  gestapo hər evdə kommunist axtarışı aparırdı. Roberto Rossellini  isə romalı rahib don Morozini haqda, onun alman nasistlər tərəfində güllələnməsi ilə bağlı qısametrajlı film çəkmək niyyətində idi. Karikaturatalar satılan dükana girərkən Fellini ilə rastlaşır. Serjio Amadeyin də söhbətə qoşulması ilə mövzu genişlənir. R.Rossellini başda olmaqla rejissorlar neorealist üslubda ciddi film lentə almaq qərarına gəlirlər, beləcə ayrı ssenari yazılır. 1945-ci ildə işlər tamamlanmışdı. 

 

Hadisələr 1944-cu ildə cərəyan edir. Gestapo mühəndis Jorjio Manfredin ovuna çıxıb. Dostunun evinə sığınan kommunistə Don Petro, dul qadın Pina həyatlarını riskə ataraq kömək etməyə hazırdır. Hamı müqavimət əzmindədir. Uşaqlar benzin çəni partladır. Onlardan biri ayağını itirmişdi. Axtarış başlanır, bu arada hamilə Pinanın toyundan bir gün əvvəl sevgilisi-Manfredin dostu və özü  həbs olunur. Maşının arxasınca qaçarkən Pinaya  güllə açılır. (1988 ci ildə buraxılan marka  "Roma città aperta"ya, məhz bu epizoda həsr olunmuşdur) Tutulan dostları müqavimət və azadlıq hərəkatı üzvləri xilas edir. Satqınlıq nəticəsində ələ verilən Jorjioya Don Petronun gözləri qarşısında işgəncə  verilir. Bir nəfərin intiharı xəbəri verilir. Son kadrlarda rahib Don Petronun güllələnməsi səhnəsinə uşaqlar şahid olur. 
   
Real hadisələrə əsaslanan filmdə hər bir obrazın prototipi var, bu cəhətdən bir çox kadrlar fotoreportaj xarakteri daşıyır. Rosselini birbaşa küçədə çəkirdi, kinostudiya dağıldığı üçün pavilyon yox idi, fotoqraflardan alınmış lent  isə kustar-əl ilə yapışdırılmış, aşağı keyfiyyətli idi.  Filmə baxandan sonra rejissor Roberto Rossellini şəxsiyyəti, yaratdığı naməlum qəhrəmanlar  haqda belə təəsürat oyanacaq :

”O taundan öyrəndiyi bir dərsi başqalarına da çatdırıb demək istəyirdi ki, insanların gözəlliyi  eybəcərliyindən artıqdır”. (Alber Kamyu. “Taun”)

Film Kann festivalında "Qızıl palma budağı"na layiq görülmüşdü. 

Bang-Bang Club və film


Fotoqrafiya tarixində  "Bang-Bang Club"a  oxşar başqa birlik xatırlamıram. Çalışdığı Johannesburg Star agentliyində dərc olunmayan Greg Marinovich "hadisə yerindən xəbər"  fotosuna görə 1991-cı ildə  Pulitser mükafatına layiq görülür. Daha sonra Kevin Carter "həyatı bahasına başa gələn"  bu nüfuzlu mükafatı gözləmədiyi bir gün(1994) alacaqdı . World Press qalibi(1992)  Ken Oosterbroek vəfat etdiyi gün  Greg Marinovich  ölümdən qaçır. Bugün João Silva pəşəkarcasına müharibədən fotolar çəkmək qabiliyyətini qismən itirib . 

Zaman o zaman idi, beynəlxalq təzyiqlərdən sonra  irqçi F.W.de Klerkin "ağ" hakimiyyəti (1990ci il) "qara" Nelson Mandelanı həbsdən azad edir və onun ANC (The African National Congress) partiyası ilə  yumşaq danışıqlara  gedir. Müxaliflərin  qarşılıqlı ittihamları , 1993 cu ildə Mandelanın Nobel sülh mükafatı alması ( De Klerk ilə birlikdə ) gizli sövdələşmələr ANCnı dominant müxalifətə, seçkilərdə qalibiyyətə aparırdı.  Anti - Apartheid 2ci əsas qüvvə Inkatha Freedom Party (IFP)  və ANC arasında bu dövrdə zulu tayfalarının apardığı etnik qarşıdurmaların intensivləşməsi fonunda vətəndaş müharibəsi başladı . 

 

Zululu Lindsaye Tshabalalanın ANC cəsusu olduğu gümanına görə həmtayfaları tərəfindən öldürülməsi fotosunu əlinə yenicə fotoaparat alan 28 yaşlı gənc Greg Marinovich çəkir. Hətta fotoya görə onu həbs də etmək istəyirlər. Bütün dünya bu kadrı dostlarının fotonu  AP-ə göndərməsindən sonra görür. Daima qaynar nöqtələrdə olan müharibə  fotoqrafların işləri, klub beləcə tanınır. 


 

   Ken Oosterbroek 1994cü il 18 apreli Thokoza şəhərində "demokratik" seçki önü təbliğat zamanı ANC və sülhməramlılar arasında yer alan fotoqraflara qəfildən atəş açılır .Yaralanan Ken dostu Silvanın çəkdiyi fotoda can verir. 



1993 il idi.Dostlarından bir müddətlik ayrılan Kevin Carterin Sudanda aclıqla bağlı fotosunu New York Times, 26 martda dərc edir. .Uşağın taleyi bağlı suallar qarşısında acız fotonun  müəllifi Carter qınaq obyektinə çevirilər.Niyə kömək etmədi , üstəgəl, dostunun ölümü onu depresiya salır. Bir il sonra intihar edir.
...

2010cu il çəkilən eyniadlı , müharibə reportyorları - 4 dost haqda filmə baxandan sonra onlar haqda qeyd yazmağı lazım bildim. .Rasist Apartheid periodun son 1990-94cü illərindən bəhs edən film də CARda gedən sivil müharibə zamanı daima ölüm kölgəsi üzərində olan fotoqrafların -Kevin Carter, Greg Marinovich, Ken Oosterbroek və João Silvanın bioqrafiyasına həsr olunub.Bu kinoya kritik baxışım var. Dokumental kinolar çəkən rejissor Steven Silver ilk bədii filmində xroniki səhvlərə yol verib 

Ən ciddi səhv   Abdul Sharif  ilə bağlıdır. Sujet bu hissə uydurulma təsir(uat) bağışlayır. Təhrifə yol verən rejissor Abdul Sharif  haqda faktlarda  xroniki xətalar da edib .O, AP( Associated Press) fotoqrafı kimi tək fəaliyyət göstərirdi və  Bang Bang kluba qoşulmamışdı. 1994 cu ilin 9 yanvarı ANC nümayəndələrinin Katlehong şəhərinə səfəri zamanı açılan güllə yarasından ölmüşdü. Filmdə isə qeyri -etik  yanaşma var, bundan başqa ölüm tarixi çox əvvələ çəkilib, öldürüldüyü məkan dəyişik verilib. 

Kevin Carterin çəkdiyi Sudanda aclıq fotosunda  kərkəsin rəngini ağ olması ,zənnimcə, uğursuz idi. Çünki original fotoda kontrast fərqli idi, tünd rəngli ac leşyeyən və qaradərili acından ölmək üzrə olan qız uşağı  fotoya ayri effekt verib.  

son epizodla gedən titrlərdə bir uyğunsuzluq var. João Silva bu tarxidə Əfqanıstana (2010 cu il) New York Timesın əməkdaşı kimi  (agentliklə 2000 ci ildə kontrakt bağlayıb) fotojurnalist ezam olunmuşdu. Filmdəki kadrdan seyrci onun Ruanda, Xorvatiya, İzrail , Pakistan , Sudan ,Somali, İraq və Əfqanıstanda işlədiyini, hazırda CARda, Yohanesburqda yaşadığını başa düşülür. Əlavə fakt kimi deyim ki, elə həmin ilin 23 Oktyabrı Əfqanıstan, Qəndaharda Silva minaya düşərək diz nahiyəsindən hər iki ayağını itirmişdi.Filmin Toronto International Film Festivalında 2010cu ildə premyerası olur, festivalda mükafat qazanıb.

filmə rus dilində onlayn baxmaq və torrentdən yükləmək olar. özüm 2 dəfə baxmışam .


Tags:

Prometey cəhənnəmdə.Albert Camus


Zənnimcə , baş qaldıran qüvvə olmayınca , ilahilikdə nəsə çatışmır .

                                                                    Lukian. Prometey Qafqazda

Müasir insan üçün Prometeyin nə anlamı var ? Şübhəsiz, demək olar, tanrıya qarşı çıxan bu qiyamçı, -  bugünümüz üçün nümunədir  və bu müqavimət min illər öncə Skifiya çöllərindən başlanmışdı , hazırda tarixin belə bilmədiyi bir sarsıntılarla sona çatır.  Amma nəsə bizə eyni zamanda təklif edir, o  izləyicidir , hal –hazırda aramızdadır , ancaq biz onun  insanlıq adına qiyama çağıran tək səsinə qarşı karıq.
Əslində, bugünümüzün insanı- dar dünyanın saysız hesabsız toplumları əziyyət çəkir, o, ocaq və qidadan məhrumdur və azadlıq onunçün- həm də gözləyəcəyi təmtəraqdır; və məsələ burasıdır ki, onun iztirabları daha da artacaq, amma azadlıq və onun sonda şahidləri bir o qədər az qalacaqdır. Prometey insanları o qədər çox sevirdi ki,qəhrəman  bir dəfəsində insana  hədiyyə olaraq od və azadlıq, sənətkarlıq və incəsənəti bağışladı. Bugün insanlıq yalnız buna ehtiyac duyur , yalnız bu qayğılandırır- sənət . Onun qiyamı maşınlarda təcəssüm edir , amma incəsənət  və  nə incəsənət  hesab olunaraq qiymətləndirilirsə, o müdaxilə və köləlik əlaməti sayılır. Axı Prometey , əksinə, maşınlarla incəsənət arasında heç fərq qoymamışdı. O düşünürdü, dərhal cismi və ruhu azad etmək mümkündür. İndinin insanı isə düşünür ki, əvvəlcə bədənini xilas etsin , ruh bu zaman ölə  bilər hətta. Bəs ruhun məhv olması bu zaman baş verə bilərmi ? Əgər bir də Prometey dünyaya qayıtsa idi , insanlar o qədim  allahlar kimi  davranardı: onu  təmsil etdiyi  o həmin insanlıq adına , qayaya zəncirləyərdi.Və məğlub olmuş qəhrəmana Esxilin tragediyası zamanı dinlədikləri, eyni düşmən kəsilən səslərlə təhqir yağdıracaqdılar: Zorakılıq və  Qəddarlıq səsləri.
Ola bilsin, mən qıtlıq dövrünün çılpaq ağacları altında, bizim dünyanın qışı qarşısında baş əyirəm ? Amma bu işıq həsrəti özü mənə əsas verir: o, mənə o biri dünya, həqiqi vətənim haqqında danışır. Çox insanlar var ki, bu ayrılıq yad deyil? Müharibə başlayan il Uliss(Odissey) üzüb keçdiyi həmin sularla  dəniz səyahətinə çıxdım. O zamanlar  cibində bir quruşu belə olmayan gənc hələ xoş xəyallar qura bilirdi- işıq dünya axtarışı ilə dənizləri arxada qoydum. Ancaq mən hamı kimi hərəkət etdim. Gəmiyə heç minmədim. Mən öz yerimi cəhənnəmin taybatay açıq qapılarına dartıb aparan uzun bir növbədə aldım . Bir birimizin arxasınca daxil olurduq. Elə birinci günahsız ölünün qışqırıqları ilə də qapı bizim üzümüzə çırpıldı.Özümüzü cəhənnəmdə tapdıq, artıq çıxış yox idi. Altı uzun il burada yer tapmağa çalışdıq. Xoşbəxt adaların isti mənzərəsi bizlərə  darıxdırıcı o  illərdə  yalnız  od və günəşdən məhrum uzaqlarda mövcud idi.
Rütubətli və qaranlıq Avropa gecələri özündən asılı olmadan  məyusluqla, titrəyə-titrəyə və acılarını anlayaraq,  Şatobrianın qocalığında Yunanıstana yola düşən Amperə müraciətini necə də xatırlayırsan: “Siz artıq mənim Attikada gördüyüm nə zeytun yarpaqlarını, nə də üzüm salxımlarını  tapa bilməzsiniz.O illərin  hər otuna görə üzülürəm. Gücüm süpürgəotunun bircə kolunu  xilas etməyə yetmədi”.Biz həmçinin, baxmayaraq damarlarımızda təzələnmiş qan dövr edirdi, əsrimizin eybəcər qocalığı ilə yüklənmişdik, bəzimiz bütün dövrlərin otluqlarına, özümüz seyrinə gedə bilməyəcəyimiz zeytun yarpaqları, azadlıq üzümləri üçün acıyırdıq.Ətraf hər yerdə-insanlar, insan harayları, iztirablar və hədələr. Bu qarma-qarşıqlıqda  çəyirtkələrə daha yer qalmadı. Tarix- süpürgəotunun bitmədiyi bar verməyən torpaqlardır. Yenə də müasir insan tarixi seçdi, bacara bilmədi, ondan üz çevirməyə haqqı yox imiş. Amma tabe etmək niyyətində ikən, əvəzində, səbirlə hər ötən gün onun köləsinə çevrildi. Beləliklə, buradaca insan, Prometeyə xəyanət edir, “fikrində cəsarətli və həssas ürəkli olan” gənc. Bu məqamda  insan övladı Prometeyin xilas  gətirmək istədiyi yerdən yoxsul heçliyə geri dönür. “ Onlar xəyalların kölgələri kimi baxırdılar və görmədilər, qulaq verirdilər və eşitmədilər,”.
Bəli, bir gecə Provansedı yetər ki, əsrarəngiz təpələri, duz küləyini anlayasan: bütün işlər hələ qarşıdadır.Yenidən biz odu ixtira etməyə, sənətkarlığı ucaltmağa məcburuq, bədənin aclığını bu yolla sakitləşdirmək mümkündür. Attika, azadlıq və üzüm tənəkləri, ruhun qidası-bütün bunlar sonra. Bizə demək qalır ki: “Heç vaxt  onlar artıq olmayacaq, ya da onları heç kim  tanımayacaq”- hər yola əl atmaq lazımdır ki, heç olmasa başqaları çarəsiz qalmasın.Kimə dərk etmək ağrılı gəlir, və kim kədər hiss etmədən bunu anlamağa çalışır, bizlər çox erkən yoxsa tamam gec gəlmişik? Süpürgəotunu əkməyə bircə  imkan olacaqmı?
Təxmin var ki, bu suala prometey nə cavab verəcək.Bəli, əslində o çoxdan cavab deyib: “Tam başqa və maraqlı gələcək-ölüm haqda söz verirəm, əgər sizin qabiliyyətniz çatsa, hünər və güc öz əlləri ilə onun öhdəsindən gələcək.”  Bax, xilas öz əlimizdədirsə, əsrin sualına cavab verirəm mən:”Bəli”,  insanlar var ki, bu düşüncə gücünü və aydın mərdliyini o insanlarda hiss edirəm.”Ədalət uğrunda, əziz anam-Prometey hayqırır- sən, mənim iztirablarımın şahidisən!” Hermes qəhrəmana istehzayla gülür: “Təəccüb edirəm, necə öncəgörən siz peyğəbmərlik edib  səni işgəncə gözlədiyini bilmədin”.”Bunu bilirdim” – cavablandırdı asi. Haqqında danışdığım insanlar həm də ədalət uşaqlarıdır. Onlar ümumi iztirablardan və onun haradan gəldiyini bilə-bilə əziyyət çəkir. Onlar aydın bilirlər, kor ədalət  mümkün deyil, tarixin gözü yumuludur, belə alınırki, onun məhkəməsini inkar etmək və mümkün qədər düşüncə məhkəməsi ilə əvəz etmək lazımdır. Və son, burdaca  bizim əsrimizə yenidən  Prometey gəlir.
Miflər yalnız özləri üçün yaşamır.Onlar gözləyir ki, niz onlara can və qana gətirək. Heç olmasa bircə insan yer üzündə onların çağırışına hay versin- və onlar bizi özlərinin bitməz-tükənməz meyvə şirələri ilə doydurur.Bizim işimiz-onları qoruyub saxlamaqdır, elə etmək ki, onların yuxusu əbədi yuxuya çevrilməsin, dirilmə imkanı olsun.Və üstəlik, onun uşaqlarını, onların cismini və ruhunu xilas etmək mümkündür. İşıqlı gələcəyə və xoşbəxtliyə yol aça bilərik. Əgər biz boz həyatla,və deməli azadlıqdan məhrum (çünki gözəllik azadlıq deməkdir) mövcüdluqla barışmalıyıqsa, onlardan biri olan Prometey haqqında mif  xatırladacaq: insan xislətini ancaq bir müddətlik təhrif edə bilərsən, insana xidmət isə birlik və tamlığında mümkünləşə bilər. Əgər o, acdır, həmçinin çörək və süpürgəotuna ehtiyac duyursa, doğru budur ki, ilkin çörək zəruridir, heç olmasa süpürgəotu haqda yaddaşımızı qorumağı öyrənək. İnsanlıq tarixinin qaranlıq dövrləri   Prometey öz ağır əməyindən geri qaçmadan torpağı və yabanı otları görmək qabiliyyətini saxlayıb.Zəncirlənmmiş qəhrəmana ildırım və şimşək yağdırırlar, ancaqki o insana olan səssiz inamını itirmir. Bax bu səbəbdən qayadan sərt, qana susamış qartaldan dözümlüdür. Bu əbədi dəyanət tanrılara qarşı üsyandan daha yüksək durur, bizim üçün məna kəsb edir. Və bu  qeyri-adi iradə hər şeyi tək, bütöv kimi qoruyur ,ayrılmadan  hər zaman barışırdı və dünya baharına qatlaşan insan qəlbi bir daha barışacaqdı.


                                                                                                                                        1946

Antifaşist mövzuda yazılmış esseni solfront.org saytı üçün tərcümə etdim.


Tanqanika gölü sahilində üç oğlan ...


1931 ci ildə rəssam Henri Cartier-Bresson Afrikaya səyahətə çıxır. Fil dişi sahilində (Kot d  İvuar) uğursuz rəssam fotolar da çəkir .  Heç nə ancaq istədiyi kimi alınmır. Üstəlik bu arada güclü qızdırmaya tutulur. Ölümünü, həyatının son günlərini yaşadığını düşünən gənc romantik dəfn mərasimi ilə bağlı ayrıca vəsiyyət yazır. Normandiyada orman kənarında basdırılmasını , Debussynin simli kvartetin musiqi sədaları altında torpağa verilməsini istəyir. Əmisindən aldığı cavab məktubda yazılırdı: " Baban dedi ki, bu həddən artıq baha başa gəlir.Yaxşısı budur sən Fransaya qayıt." Nəvə geri qayıtmağa qərara alır. Marseldə müalicə kursu keçir. Bu arada peşə seçimi-professional fotoqrafiya ilə məşğul olmaq haqda fikirləşir.

Henri Cartier-Bresson illər sonra  yazırdı : Mən qəfil sanki anladım , fotoların köməyi ilə zamanın bir anını əbədi tutub saxlamaq olar. Söhbət dahi fotoqrafı  riqqətə gətirən macar fotojurnalist Martin Munkácsinin 1930 -cu ildə çəkilən  "Tanqanika gölü sahilində üç oğlan"  fotosundan gedir. -"Məhz bu foto  məndə əminlik  yaratdı. Bu şəkildə o qədər gərginlik ,o qədər  kortəbiilik , həyat eşqi, qeyri -adilik  var ki,  günü bugün belə ona sakit  baxa bilmirəm "


İtirilmiş nəslin qaleriyası.Lewis Hine.


 
       Lewis Wickes Hine; 26.09.1874 — 3.11.1940

Tarixdə itirilmiş minlərlə insan, nəsillər bəzən  təsadüfi kadrlarda, kitab səhifələrində ilişib qalır ...

"İki iş vardır ki, özümü onlara sərf etmək istərdim.Mən dəyişilməli və layiqincə dəyər verilməli olan bəzi şeyləri göstərməyə çalışıram."  
 Lewis Hine (Luis Hayn) - amerika fotoqraf və sosioloqu Oşkoş (Viskonsin ştatı) doğulub, yerli məktəbi bitirdikdən sonra Çikaqoda universitetdə təhsilini davam etdirir , daha sonra sosiologiya üzrə Nyu Yorkda magistr dərəcəsinə yüksəlir .

Ali təhsilini tamamladıqdan sonra Etika mədəniyyəti fənnindən məktəbdə müəllik kimi dərs deməyə başlayır.Bu illərdə məktəb həyatı ilə bağlı həvəskar fotolar və illustrasiyalar çəksədə, məqsəd daha dərindən fotoqrafiyanın sirlərinə  yiyələnmək idi.

Yəhudi-slavyan gettosunda botanika müəlimi işləyərkən Lewis Hine paralel  emmiqrantların  Amerikada mühacir həyatı ilə yaxından  tanış olur.Bu dövrdə yoxsulluq və səfaləti  çəkdiyi fotoları  əsrin əvvəllərinin real mənzərəsi və insan həyatının "dəyəri"  baxımından əvəzsiz  qiymətlidir. Müəllimlik fəaliyyətini dayandıran Lewis Hine  "National Child Labor Committee"də( Uşaq əməyi milli komitəsi) fotoqraf işləməyi qərara alır. Onun estetik  və daha çox isə siyasi gücə malik fotoları ilə silahlanmış bu təşkilat  ABŞ tarixində ilk dəfə uşaq əməyi , yeniyetməlik yaşına çatmamışların ekspluatasiyasına qarşı ciddi mübarizəyə qalxır. Fotolar həm də öz həyatı idi. Kiçik yaşlarından fabrikdə çalışan Lewis Hine qədər  heç kim bu çətinlikləri anlaya bilməzdi. Hər şey onun ətrafında baş verirdi. Bəlkədə ona görə uşaqlıqdan məhrum balacaların həyat faciələrinin dəhşətlərini fotolarında göstərə bilmişdi. 

1908 ci ildən 10 il müddətində şəxsi qaleriyasında fəaliyyət göstərir. Sosial dokumental əsərlərinin toplandığı qaleriyanı lakonik   "İtirilmiş nəslin qaleriyası" adlandırıdılar.Bu fotolarla gənc işçiləri əbədiləşdirdi : kömür mədənlərində çalışan , zibil yığan qulluqçu ,toxucu, satıcılar , yükdaşıyan  günəmuzd "hambal" ,yanğınsöndürənlər və qəzet satan küçə uşaqları .

Bir müddər  sonra kömürçülərin həyatından sosioloji tənqidi araşdırma aparır . "Pittsburgu gözdən keçirərkən" rubrikasından fotolarda tibbi şərtlər və qoruyucu tədbirlərsiz iş şəraiti,sıradan sakinlərin çətinlikləri , ani sevinci  və daimi narahat həyatı , hətta ölüm anlarının kadrları var. 

1912 ci ildə fotoqrafın uşaq əməyinin eksplutasiyasını göstərən fotolar seriyası Amerikanı sarsıtdı. Bu şəkillərdə cırıq, sökük paltarlarda , ağır işdə çalışan yetkinlik yaşına çatmayan uşaqlar vardı , gözlərində ümid sönmüş, vaxtından evvəl qocalmış görkəmləri var idi . Kəskin iilustrasiyalarla avtor amerikan uşağının həyat tərzini , amerikan tarixinin bir mərhələsini  verirdi.

 

Təbii ki, sahibkar təbəqə oxşar növbəti fotoların çıxmasının qarşısını almağa çalışırdı. Hine hədələyir və çox vaxt zavod və fabriklərin ərazisinə buraxmırdılar. müxtəlif yollarla - sənaye fotoqrafı , sığorta agenti ,rahib  cildində daxil olurdu.

Hine fotolar çəkmir ,həm də ünsiyyət saxlayırdı . Uşaqlar bəzən öz həyatlarını ona danışır , daha çox məlumat toplamaq can atır . qeydlərində onların sağlamlığı , adətləri haqda , uşaqların boyunu gödəkçəsinin düymələri ilə necə ölçdüyünü,   yazır.  

bir neçə foto və belə qeydlər əsasında kiçik  yazılar hazırlayır. 

"Yük daşıyan Ouens. 12 yaşında .Oxumağı bacarmır. Əlifbanı bilmir. Deyir : "bəli, mən oxumaq istəyirəm , mümkün deyil , bütün günü işlə məşğulam" 4 ildirki , fabrikdə işləyir. "





"Bəzi qızlar və oğlanlar o qədər balaca idilər ki , toxucu dəzgahının üstünə dırmaşmağa məcbur idilər."

" İşçilərdən biri tekstil fabrikində işləyir. Bəzən gecələr işləməyə məcburdur. Bütün işləri 48 sentə günəmuzd yerinə yetirir.Ondan yaşını soruşanda başını yellədib : " yadıma gəlmir " cavab verir. Sonra yenə danışır : " işə görə kifayət qədər yaşım yoxdu , ancaq böyüklərdən pis görmürəm".Burada 50 işçidən 10 uşaq onunla eyni yaşda olardı."

Bu faktlar kifayət etdi ki , məhdud və uşaq əməyinin faydalı tərəfləri haqda kapitalist düşüncə tərzinin yaratdığı illiziyor fikirləri alt -üst eləsin. Hine qarşısına qoyduğu məqsədinə çatdı - tezliklə uşaq əməyinin müdafiəsi ilə bağlı qanun qəbul olundu. 

1909 cu ildə fotoqraf  «Child Labor in the Carolinas» ( Karolinada uşaq əməyi) və «Day Laborers Before Their Time» ( Növbədən əvvəl işçilərin günü ) kitaplarını çap etdirir. Bu ilkin nəşrlər tamamilə  azyaşlıların probleminə həsr olunmuşdu.



 

"Yeniyetmə kömürçülər kömürqırıcı maşınıın içində " ,Karolina toxuculuq farikindəki  əyirici qız " - bu kadrlarda uzunmüddətli sağlamlığa təhlükəli sayılan sənayenin iş rejimində  saatlarla çalışan 7 yaşlı uşaqlar ordusu təsvir edilib.   

Tezliklə bu fotolar məşhurlaşdı , jurnallar təkrar  nəşr olundu , broşura və plakatlar hazırlandı.
Bu fotoların çoxsu o epoxanın simvoluna çecrildi.





"Baxmaq"  əsərində  dəzgahdan ayrılıb fabrikin nəhəng pəncərəsindən  uzağa - Günəş işığına yorğun -yorğun baxan balaca toxucu qız təsvir olunub , bu foto uşaq istismarına qarşı mübarizənin  simvoluna çevrildi .

Birinci dünya müharibsinin başlaması ilə Qırmızı Xaç cəmiyyətinin fotoqrafı kimi Avropaya gəlir. Fransa və Belçikada olur. Müharibədən əziyyət çəkən insanların həyat şəraitinin çətinliklərinin şahidi olur. Sülh sonrası Balkanlara gəlir. «The Choldren's Burden in the Balkans» ( Balkan uşaqlarının iztirabları ) bu silsilədən 1919 cu ildə fotolar çıxır.
1920 ci illərdə işçilərin texniki təhlükəsizliyi haqda qanunların yaradılması və qəbulu edilməsi kompaniyalarına qoşulur.
Fəaliyyətini 1920-30 cu illərdə Amerikada işçi sinfinə həsr edir .



Tanınmış fotolarından biri Nyu-Yorkdakı  Empire State Building göydələnlərində tikinti şəklidir. (1932 ci il.)

Zamanında diqqətdən kənar qalan fotoqrafı ölkəsinin gələcəyi çox qayğılandırırdı.
Ömrünün son illəri çətinliklə keçirir. Fotolarından qonarar çox az qazanırdı , 1940 -cı ilin yanvarı maliyə probleminə görə evini itirir. Əməliyyat olunduqdan sonra elə Nyu Yorkun xəstəxanalarından birində kimsəsiz biri kimi  vəfat edir.



- Ты плохо пахнешь. От мужчин теперь пахнет железом и смертью.

Sovet rejissoru və ssenaristi Aleksandr Roqojkinin (Александр Рогожкин) müəllifi olduğu Kukuşka filmi sinemotoqrafiya cəhətdən diqqətə layiqdir. Ssenarist kinoda pasifist ruhlu  intellektual mətn  təqdim edir və izləyicini sujet boyu maraq dairəsində saxlayır.
 Əksər müharibə "əleyhinə" Hollovud  filmləri daha çox döyüş səhnələrinin qəddarlığı ilə seçilir. Bu filmin dramatik sujetində qanlı səhnələr demək olar ki, yoxdur. Üstəlik rejissor obrazlarına fərqli bir yumor əlavə edib. Təbiət mənzərələri, dağlıq məkanlarda çəkilişlər  kinoya xüsusi təbii effekt verib, sujet boyu bu peyzajlar arxa fondur. 

sinopsis. Senyabr 1944cu il . Hər iki cəbhədə əsgərlər müharibənin tezliklə bitməsini gözləyir. Geri çəkilən almanlar Veyko adlı bir fin əsgərini qayaqa ayağını zəncirləyir. Ona SS forması geyindirirməklə ölümə məhkum edirlər, məcburi müdafiə olunmalıdır. Silah-snayper, bir neçə günlük azuqə və su yanına buraxırlar. Yaxından keçən  Qırmızı Ordunun hərbi maşını bombardımana düşür.Kontuziya almış kapitan İvan təsadüfən sağ qalır. Bu ərazilərdə yaşayan Anni adlı saam qız onu tapıb evinə gətirir .
Veyko güllələrin barıtını bir yerə yığıb qayanı kiçik partladır. Çətinliklə də olsa xilas olur.
Snayperini götürüb Veyko Anninin evi yaxınlığına gəlir. Burada İvanla da rastlaşır. Faşist deyərək hücum edən rus əsgərin müharibə hisslərini yox edib.  Amma Veyko müharibənin onunçün bitdiyini anlatmağa çalışır. Bir neçə dəfə onu öldürməyə çalışan rusa isti dost münasibəti göstərir. Filmin epizodlarından birində :

Read more... )


Sergio Ortega və Víctor Jara.


Tarixdə bugün  Sergio Orteganın və Víctor Jaranın ölüm günüdür.

S.Ortega məhz 15 sentyabrda Fransada pankreasın (mədəaltı vəzi) xərçəngindən vəfat etdi.Ölümündən düz 30 il öncə,Sergio Orteganın "Venceremos"unu oxuyan  Víctor Jara isə Estadio Chiledə (indi stadion Víctor Jaranın adını daşıyır) , xuntanın qiyamından 4 gün sonra -15 sentyabrda (1973ci ildə)  qolları kəsildikdən sonra işgəncə verilərək  öldürülmüşdü.
Onlar çilili bəstəkarlardır.Hər iki kommunist proqressiv bəstələri ilə Çili musiqisinə ,ümumilikdə Latın amerikasına 60-ci illərdə təşəkkül tapan „Nueva Canción“- "Yeni mahnı" siyasi musiqi dalğasının tərəfdarları kimi yeni nəfəs gətirdi.Sol intellektuallar Salvader Allendeni prezident seçkilərində dəstəkləyir  və gələcək demokratik yolla seçilmiş sosialist prezidentin seçki kompaniyası üçün "Venceremos" (Biz qələbə çalacağıq! Sergio Ortega) kimi bir neçə mahnı bəstələyir və ifa edirlər . Sergio Orteganın əsərlərindən ən məşhuru "El pueblo unido" 1973 cü il Pinoçetin amerikos əli ilə hərbi çevrilişindən ,Viktor Jara və prezidentin ölümünden sonra birlik göstərən xalqın-"Unidad Popular"ın azadlıq himninə çevrildi.

Partido Radical (radikal partiyanın himni),Juventudes Comunistas( gənc komunistlər),
Central Unica de Trabajadores, Salvader Allendenin politik Programmına çevrilen Canto al Programa başlıqlı mahnıların Sergio Ortega müəllifidir.O, 1973cü ildən sonrakı Fransada   mühacir həyatı yaşadığı dövrdə  də aktiv yaradıcılıqla məşğul olur. Böyük Fransa inqilabına həsr olunmuş trilogiya ,operalar ,(kommunist dostu Pablo Neruda ilə birlikdə "Joaquín Murietanın parlaq həyatı və ölümü"),kantatalar yazır.

Azadlıq himni :


Musavatçı


"Anacığı ikonaya baxıb bir də xaç çəkdi. Atacığı öskürərək içini arıtladı və oxumağa başladı:
- “29 dekabrda, axşm saat 11 də, kollec qeydiyyadçısı Dmitri Kuldarov…
- Görürsünüz, görürsünüz! Sonrasını oxu!
- … kollec qeydiyytçısı Dmitri Kuldarov, Kozixinin evinin binasında yerləşən, Malıy Bronnı küçəsindəki qara pivəxanadan çıxanda, sərxoş vəziyyətdə olduğundan…
- Mən Semen Petroviçinən bir yerdə idim… Hər şeyi incəliklərinə qədər yazıblar! Davam edin! Qulaq asın!
- … və sərxoş  vəziyyətdə olduğundan sürüşərək Yuxnovski uyezdinin  Durıkina kəndinin kəndlisi, faytonçu  İvan Drotovun atının ayağının altına yııxılmışdır. Atlar hürkərək Kuldarovun üstündən sıçrayıb atlanmış və içərisində ikinci gildiyanın üzvü olan  moskvalı tacir Stepan Lukovun əyləşdiyi xizəyi də onun üstündən aşırıb sürətlə küçədən qaçmışdır və həyətin dalandarı tərəfindən tutulmuşdur. Əvvəlcə huşsuz vəziyyətədə olan Kuldarov polis məntəqəsinə aparılmış və orada həkim müayinəsindən keçirilmişdir. Onun boyun arxasından aldığı zərbə…
- Atacan, faytonun qabaq tərəfindəki taxta dəymişdi. Davam elə! Siz arxasını oxuyun!
- … onun boyun arxasından aldığı zərbə, yüngül xəsarət sayılımışdır. Baş verən hadisə haqqında protokol yazılmışdır. Zərərçəkənə tibbi yardım edilmişdir…”
- Dedilər ki, boynumun dalını soyuq su ilə isladım.  İndi oxudunuzmu? Hı? Bax, bax budur! İndi bütün Rusiyaya yayıldı! Di bəri verin!
Mitya qəzeti qapdı, qatladı və cibinə soxdu.
- Qaçım Makarovgilə, onlara da göstərim…  İvanitskilərə də göstərmək lazımdır, Natalya İvanovnaya, Anisim Vasilyeviçə… Qaçıram!  Xudahafiz!
Mitya  metaldan məxsusi nişanı olan furajkasını başına qoydu, təntənəli, sevincli bir halda küçəyə qaçdı."

Sitat  Anton Çexovun Sevinc hekayəsinin sonluğudur. Rus yazıçı  həkim idi və buna görədə cəmiyyətə , insan tiplərinə dəqiq diaqnoz qoymağı bacarıdı. Nə demək istədiyimi anlayacaqsınız . Bir dostum var , jurnalistdir . Emil Salamoğlu . Arada görüşüb bir -iki bakal pivə içirik .Onda maraqlı "siyasi" söhbətlər olur.Danışırki ,

Bir nəfər səhər ta o başdan zəng edir Yeni Musavat qəzetinin redaksiyasına.Hövlnak , bir az da əsəbi şəkildə  telefona məsul şəxsləri tələb edir .Birtəhər  istəyinin mümkünsüz olduğunu başa salırlar.Ancaq dediklərinin lazımi ünvana çatacağına kişini əmin edirlər ki sakitləşsin .Musavatçı dərdini deyir :

- Bilirsiz məni tutublar .Aksiya zamanı.Ürəyində "Material var" deyib  sevinən jurnalist  "Bəs indi haradasız ?" sualını verir."Evdə.Buraxıblar." cavabını alır.Təəccüblə soruşur , "sizə qarşı zor tədbiq ediblər". Qeyri -adi cavab alır :

-Yox  , adımı qəzetə salmamısınız.

...belə dərd olar .Sözardı daha  heç nə yazmıram. O gün Emil ilə görüşəndən sonra yenə gəlib Çexovun hekayələrini  oxudum. Hər kəs həyatında bir dəfə heç olmasa belə hekayələri,  "6 nömrəli palatanı" oxumalıdır. 


Kağıt.Sinan Çetin


Türkiyə kinosunun son illər  yer ayırdığı  mövzu "12 Eylül darbesi"dir.  Bu sıradan "Kağıt"  filmi isə  seyrcisini bir neçə il əvvələ aparır  tarixin məntiqi ardıcıllığını görməyə . Rejissoru və ssenaristi Sinan Çetin olan film  1977-78 ci illərini , xuntanın dövlət çevrilişindən sonra  düşüncə polisinin şübhəlilərə münasibəti  və bu hadisələr fonunda  gənc rejissorun faciəsini anladır. Müəllifin avtobioqrafik  notları əsasında 30 il idi  çəkmək istədiyi bu  filmin 2008 ci ildə çəkilişlərinə başlanmışdır. "Kağıt" 2 il sonra   mavi ekranlara çıxmışdır . Filmin fabulası ilə  bağlı simvolik  slogan  belədir : "Hangi kağıt hayattan daha değerlidir".  Sinan Çetin filmin məqsədi  haqda əlavə qeyd edir : "Saçma sapan yasaklar koyanların hiç yargılanmamasını eleştirdim". 

Sinopsis.

Emrah : Sabah kahvaltısında zeytin yemek yasaklansa ne olurdu?

Müzeyyen Hanım : Sabah kahvaltısında zeytin yemeyiz.

 Bəzi tarixlərdə qanunlar baş kəsir ."İsterse bir kağıt bir bireyin ,bir ailenin, bir toplumun kafasını uçurur. Devletin kağıdının yüzü en keskin kılıçtan daha keskindir."

84 dəqiqəlik  sujetdə "yönetmen" Emrahla  kiçik məmur "Müzeyyen Hanım"  qarşı-qarşıya qoyulub .Atasının əczaçı görmək istədiyi Emrah həvəskar fotoqraf kimi çalışır. Arzusu aktyor dostlarının köməyi ilə sosial- işçi filmi çəkməkdir. Ancaq çıxılmaz bir vəziyyətə düşüb .Heç cür maliyə problemini həll edə bilmir , bir "kino" adamı pul ayırmağa hazırdır, hətta masanın üzərinə pulları qoyur , amma çəkilişlər başlamasını gözləyir. Çəkilişlər başladı.Kino da hazır oldu.Gərəkdirki bir "kağıt" olsun, sonra film kinoteatrlarda ekranlara çıxarılsın.

 Heç bir şey etməyən vətəndaş qanun pozmur. Mədəniyyət nazirliyinin yazılmış qanununa görə isə çəkilişdən əvvəl  kino üçün izn verilə bilər .Kinonun "kağıt"sız çəkilməsi  qadağan imiş.İndi "kağıt" bürokratik sədd kimi ən böyük maneədir.Bundan sonra hadisələr başqa axarda cərayan edir. Ailədə faicə yaşanır, evini itirən "baba" intihar edir. 70- lərin Türkiyəsində bu qanunların sahibi dövlət  aşkar  qatilə çevrilir.12 sentyabr çevrilişindən sonra hərbi hakimiyyət  şübhəli  Emrahları  həbs edir . 

"Devlet nedir? Bize hizmet etmek zorunda olan bir alet, bir ütü, bir şofben gibi bir şey değil midir? Hiç, kutsal bir ütü olabilir mi?"

 Sonda heç nə dəyişmir. Arada itirilmiş bir nəsl var.

“20nci Yüzyıl içerisinde devletlerin yasal kağıtlarıyla öldürülen insan sayısı 268 milyondur.”

R.J. Rummel – Death by Government - 1997

Dramla cəmiyyətin yaşadığı çətinlikləri işıqlandırmağa çalışan müəllif, göründüyü kimi problemin adını  "bürokratiya" qoyub, ona müəyyən dərəcədə məsum sima verir, avtoritar siyasi  rejimin özündən çox, onun yetişdirdiyi sosial xarakteri - sıradan məmurun davranışını özbaşınalıq kimi tənqid edir. Bu tənqid sol baxışdan bir qədər mimikriyadır. Arxa planda duran dövlətin tənqidinə yönələ bilmir.Təbii ki, qanunlar avtoritar sistemlərin hər dövrdə legitimləşmiş istismar alətidir. Onaları bir-birindən ayırmaq olmaz, qanun heç bir halda  vətəndaşın xeyrinə deyil, yalnız dövlətə xidmət edir.  Ona görə 1968 -ci il Paris mayının  şüarlarından biri məhz  belə idi ."Qadağan etmək qadağandır". Eynilə 60- ların Avropası , 70- 80- lərin Türkiyəsi Azərbaycanın bugünüdür.Və "Her yasak, kendi isyancısını doğurur"  yazılmamış qanundur.Bəlkə də nər gün daha çox gözlənilir, inqilab "kağız"ları cıracaq .

  buradan Kağıta baxmaq olar   

film haqda sayt : http://www.kagit-film.com/



Ürəkbulanma.Jean-Paul Sartre



Kitab mağazalarında rəflərə bir göz gəzdirin , bulvar ədəbiyyatının sıxlığı sıradan oxucunu gic edir, postmodernizm isə  bir tərəfdən təbliğ edir - nə yazılırsa ədəbiyyatdır, əsas olanı -reklam işin görəcək. Bizdə də bilavasitə sosial şəbəkələrdən  "yazar"lar   əsərlərini sırıyır , qrafomaniya gətirib buna çıxarıb ,  "bacarırsan yazdığını sat" , tərcümə işi ilə məşğul olanlar isə kiçik həcimli roman axtarır bazara çıxarmağa tezbazar  nəisə hazır olsun, bu yolla pul qazansın.Maslounun ehtiyaclar piramidasından çox danışmaq lazım deyil.Məlumdur, bugün öz  mövcudluğu ,yaşamağı uğrunda mübarizə aparan  yazar  oxucunun estetik tələbatına qulluq etmək iqtidarında  deyil.Təbii zərurət  yazı-pozu adamını o kökə  salıb ki,  konveyer tərcümələrinin, yazılan əsərlərinin bədii dəyəri nə özünü ,nə də birbaşqasını maraqlandırmır.Düşünürlər ,bir pula gedən kitab yazmağa ,tərcüməyə  nə var ki ?!.Və beləcə  qarışıq -xaotik qrotest vəziyyət yaranıb.Necə deyərlər  əlqərəz, atlar ölüb, itlərin də bayramıdır. Amma obyektiv olaq ,bəzən yaxşı müəlliflərə rast gəlirik.( yalnız xarici ! )

 Başqa məsələdən , yazmaq istəyirəm. "Ürəkbulanma" haqda.Birinci dəfədir , dahi fransız  azərbaycan dilində  nəşr olundu . Marksisit filosof, ateist ekzistensializmin banisi, 1964-cü ildə ədəbiyyat üzrə nobel mükafatına layiq görülmüş və "burjua mükafat"ından imtina etmiş Jan-Pol Sartrın bazis fəlsəfi baxışlarını əks etdirən ilk romanı  dostumuz Gulər  Qasımova tərəfindən ruscadan tərcümə olunmuşdu. Bir neçə ay bundan əvvəl əsəri hissələrlə solfront.org saytına yerləşdirmişdik. Kitabın nəşrini  qərarlaşdırdıq. Bir -iki dost  da səxavət göstərdi, ilkin məbləği yığıb nəşriyyatla danışdıq. üz qabığını hazırlamaq üçün kitabın dizayn işləri ilə əlaqədar bir neçə dəfə dəyişikliklər etdik , az-çox səliqəli iş görməyə çalışdıq , bir neçə dəfə redaktə -korrektə aparıldı .(Sartra görə gözdən yayınan səhvlər üzrlü sayılar ).Hər dəfə  kiçik əngəllər çapı bir qədər yubatdı. Və nəhayət çətinliklə də olsa roman -264 səhifə bugünlərdə çapdan çıxdı. Bu fəlsəfi -romanla -bəzi ədəbiyyat tənqidçilərinin fikrincə ən mükəmməl əsəridir- Sartr ədəbi yola çıxıb , mövcudluq fəlsəfəsinin əsas məsələlərinə toxunmuşdu : gündəlik var olan qarışıq  fikirlər  və insan taleyi , qorxu və çıxılmazlıqdan qaçış ,  ümidsizlik  və absurd seçimlər , dünyanı ,ətraf aləmi anlamaq  və öz mövcudluğunu mənalandırmaq. 

İndi oxucu adına da sevinirik. Axırki , "1984"  , "100 il tənhalıqda" , "Ürəkbulanma"  kimi romanları kimlərsə oxuya bilər. Son cümləni qeyri-qəti gələcək zamanda yazıram .Gücüm bloguma çatır yazım ki, Sartrı oxuyun .Düzü, az adama , 1968-ci il Parisinin mayında  tələbə hərəkatının avanqardı kimi,  əlinə rupor alıb çəllək üzərinə çıxan , hətta polisə müqavimət bəhanəsi ilə saхlanılan (o vaxt görmə qabiliyyəti zəifləmiş yazıçını 63 yaşı vardı  və ancaq bütün bu kiçik məqamlar  birlikdə əlaqəli onun  kimliyini mənimçün şəxsiyyət olaraq tamamlayır.) yazıçının bu əsəri maraqlıdır ,  çoxları isə  xəbərsiz qalacaq .Ümidedici məsələ  digər tərəfdən odur ki,  kitab oxuyan, ciddi ədəbiyyat  adamına ,fikir adamına Sartrı tanıtmağa  ehtiyac duymuruq, gözünə sataşdı , bəs edər . 

Bir kəlmə roman haqda  deyim -əsərə dalıb oxumaq ,özünü sözlə hipnoz etmək lazımdır.

 “Mən varam, mən mövcudam, mən düşünürəm, deməli mövcudam, çünki düşünürəm, bəs niyə düşünürəm? Daha düşünmək istəmirəm, mövcud olmağımı istəmədiyimi düşündüyüm üçün mən varam, mən... çünki... Brr! Mən qaçıram, yaramaz qaçdı, onun bədəni zorlanıb...” 

Patogen cəmiyyət praktik sağlam insanın belə ürəyini bulandırır, hisslərini qarışdırır .Ona görə mövcudluğundan bezən varlı tədqiqatçı  Antuan Rokante  “Çərşənbə axşamı. Yeni heç nə. Mövcud oldum”.  gündəliyinə qeyd edir. Cəmiyyətdəki heçlik ümumi sosiumun hər bir fərdinə  yoluxub, yüksək təbəqədən olanlara hətta . Kapitalizm insanları yadlaşdırıb , homo sapiensdən  yeni növ  insan yetişdirib.Günümüzün , keçən əsrdən qalan Absurdu və şəxsin faciəsidir .Kamyunun "Yad"ından fərqli olaraq ,o tabe olur , çıxış yolunu Antuan Rokante kimi roman yazmağa bənzər işlərdə görür(ük). Bu fonda fərdin psixi tarazlığının pozulmasını görmək istəyənləri  romanla tanış olmağa dəvət edirəm.

Kitab mağazalarına müraciət edin. 

P.S. Yoldaş Məmməd Süleymanov roman haqda fərqli resenziya yazmışdır. http://www.bizimyol.az/?mod=news&act=view&nid=51451

Latest Month

October 2011
S M T W T F S
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Tags

Syndicate

RSS Atom
Powered by LiveJournal.com
Designed by Lilia Ahner